Vatikan klinikasının həkimi 14 milyon mənimsəyib
05 aprel 2013 05:29 (UTC +04:00)

Vatikan klinikasının həkimi 14 milyon mənimsəyib

0

İtaliya hakimiyyəti Vatikana məxsus Romadakı müqəddəs Məryəm dəri-zöhrəvi klnikasına 7 ilə başçılq etmiş keşişi həbs edib.

 

Lent.az-ın «İnterfaks»a istinadən məlumatına görə, vergi polisi keşiş Franko Dekaminadunu qanunsuz olaraq, 14 milyon avro mənimsədiyi üçün tutub.

 

Bundan başqa onun vergi orqanlarına saxta hesab-faktura təqdim etdiyi də müəyyənləşib. Daha iki sahibkarın bu saxtakarlığa müdaxilə etdiyi ehtimal olunur.

 

İtaliya hakimiyyət şübhəlilərin üçünü də həbs edib.

 

Romada çıxan mətbuatın yazdığına görə, klinikanın 1,5 min işçisi, o cümlədən 300 həkim son bir neçə ayda maaş ala bilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar