“İran davranışını dəyişməzsə ABŞ ona qarşı sanksiyaları daha da genişləndirəcək”. APA-nın xəbərinə görə, bunu ABŞ maliyyə nazirinin müavini Siqal Mandelker deyib.
“Sanksiyalarımızın təsiri getdikcə artacaq və rejim kursunu dəyişməzsə - daha şiddətli olacaq”, - deyə Mandelker vurğulayıb.
O həmçinin ABŞ-ın bütün tərəfdarlarını birləşməyə və İrana qarşı yeni sanksiyaların tətbiqinə qoşulmağa çağırıb.