Vahid Ələkbərov dar gün üçün nə qədər pul saxlayıb?
10 aprel 2013 14:57 (UTC +04:00)

Vahid Ələkbərov dar gün üçün nə qədər pul saxlayıb?

 

Forbes” jurnalı ehtiyat sərvəti çox olan rusiyalı milyarderlərin siyahısını açıqlayıb. Lent.az-ın aznews.az-a istinadən verdiyi məlumata görə, ümumi məbləği 35 milyard dollar təşkil edən bu vəsait ya bank hesablarında, ya “portfel” sərmayəsində saxlanır. 

Siyahıda ilk yeri “Alfa qrup”un məşhur səhmdarı Mixail Fridman tutur. Onun 16,5 milyard dollarlıq sərvətindən 8,2 milyardı azaddır. İkinci yerdə “Oneksim”in sahibiMixail Proxorov dayanır. Onun hələlik sərf edilməsini gözləyən pulu 8,1 milyard dollar təşkil edir. 

“Monako” futbol klubunun sahibi Dmitri Rıbolıvyevin də adı siyahıdadır. Mütəxəssislərin fikrincə, onun azad sərvətinin 7,4 milyard dollar hələlik gözləyir. Daha bir milyarder Viktor Vekselberqin isə 6,1 milyard ehtiyat pulu var. Qerman Han siyahıda 5 milyardlıq ehtiyatla sonrakı yeri tutur. 

İlk onluğa bankir Serğey Popovun da adı daxil edilib – 4,4 milyard dollar. Roman Abromoviç isə 10,2 milyard dollarlıq sərvətindən 4,3 milyardını hələlik xərcləmək istəmir. 

Siyahıda azərbaycanlı iş adamı, “Lukoyl”un sahibi Vaqif Ələkbərov da adı var. Həmyerlimiz 14,8 milyard dollarlıq sərvətindən 2 milyard dollarının hələlik heç nəyə sərf etmək niyyətində deyil. 

Maraqlıdır ki, siyahı Rusiyanın ən varlı adamlarının siyahısı ilə üst-üstə düşmür. Məsələn, Mixail Fridman ən varlılar siyahısında Əlişir Osmanova uduzaraq ikinci yerdə dayandığı halda ondan daha ehtiyatlıdır. Mixail Proxorov isə ümumiyyətlə varlılar siyahısında onuncu yerdədir. Ancaq o da ehtiyat pul saxlayan varlılar siyahısına düşməyi bacarıb. 

# 2492
avatar

Oxşar yazılar

Zelenskinin mühafizəsində  satqın   aşkarlandı

Zelenskinin mühafizəsində satqın aşkarlandı

7 may 2024 , 12:20
İsrail tankları Rəfaha girdi

İsrail tankları Rəfaha girdi

7 may 2024 , 09:38
Uşaq kitabxanasının pəncərəsini sındırıb İÇƏRİ GİRDİ

Uşaq kitabxanasının pəncərəsini sındırıb İÇƏRİ GİRDİ

7 may 2024 , 07:21
Rusiyada ZƏLZƏLƏ  baş verdi

Rusiyada ZƏLZƏLƏ baş verdi

7 may 2024 , 04:35
Rusiyada amerikalı hərbçi SAXLANILDI

Rusiyada amerikalı hərbçi SAXLANILDI

7 may 2024 , 00:38
HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

6 may 2024 , 21:24
Bayden prezidentliyə namizədliyini geri götürə bilər : Onun xeyrinə

Bayden prezidentliyə namizədliyini geri götürə bilər: Onun xeyrinə

6 may 2024 , 19:14
Magistralda qəza: Ölənlər var

Magistralda qəza: Ölənlər var

6 may 2024 , 07:55