Pakistanın şimal-qərbində uşaqların poliomielitə qarşı peyvəndlənməsində iştirak edən özəl məktəbin 4 müəllimi oğurlanıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda yerli hüquq-mühafizə orqanı xəbər verib.
Hadisə Əfqanıstanla həmsərhəd Bara rayonunda olub.
Pakistanda belə basqın nadir hadisə deyil. Taliblər hesab edir ki, istənilən peyvəndləmə qərb dünyasının müsəlman uşaqlara qarşı sui - qəsddir.
Mənbə bildirib ki, Pakistan dünyada poliomielit uşaqların çox olduğu üç dövlətdən biridir.