Kanada polisi üç ilik araşdırmadan sonra uşaq pornosu istehsal edən şəbəkəni aşkarlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu işlə bağlı 340 –dan çox insan həbs edilib, bu cinayətə cəlb edilən 400-ə yaxın uşaq isə xilas olunub.
Şəbəkənin başçıları Kanadanın Toronto şəhərində yerləşirmiş. Onlar belə filmləri videoqovluqlara (videofayl») və disklərə yazaraq, Almaniya, Rumıniya və Ukraynadan olan əsas alıcılarına satırmış.
Polis bildirib ki, belə videolar 94 ölkəyə satılıb. Kanadada bu cinayətlə əlaqədar yüzə yaxın insan tutulub.