Urmiya gölü quruyub gedir
24 iyun 2013 12:27 (UTC +04:00)

Urmiya gölü quruyub gedir

Urmiya gölünün orta dərinliyi 14 metrdən 2 metrə düşüb. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, bu barədə Səhralaşma Komponentləri üzrə Tədqiqat Qrupunun rəhbəri Məhəmməd Dərviş bildirib.

 

Onun sözlərinə görə, hazırda Urmiya gölünün 2/3 hissəsi duzlağa çevrilib: “Göl dolu olduğu zaman sahəsi 540 min hektar idi. Ancaq lazımi su ilə təmin olunmadığından sahəsi 360-390 min hektaradək azalıb. Bu səbəbdən Urmiya gölünün hazırda 2/3 hissəsinin quruduğunu deyə bilərik”.

 

M. Dərviş deyib ki, küləklərin şərqdən qərbə doğru əsməyi nəzərə alınsa, Binab, Marağa, Əcəbşir şəhərləri duz yellərinin təsiri ilə üzləşə bilər: “Bu duz yelləri əkin sahələrini məhv edəcək. Eyni zamanda yerli camaatın sağlamlığı ciddi təhlükə qarşısında qala bilər”.

 

İranın Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı idarəsinin rəhbəri Məsud Məhəmmədian isə Urmiya gölünün ətrafındakı quyuların suyunun şor olduğunu açıqlayıb: “Bu vəziyyət ağırlaşacağı təqdirdə Urmiya gölünün ətrafında olan Şərqi Azərbaycan vilayətinin 7 şəhərinin 204 min hektarlıq əkin sahəsi duzlağa çevrilə bilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148

Oxşar yazılar

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09