Ukraynanın daxili işlər naziri Vitaliy Zaxarçenko bildirib ki, etiraz aksiyasının iştirakçılarına qarşı güc tətbiq edilməyəcək.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «feysbuk» səhifəsində açıqlama yayılıb.
«Nazir qurumun əməkdaşlarına dinc aksiya iştirakçılarına qarşı zor tətbiqi edilməməsi barədə göstəriş verib. O, aksiyanın təhlükəsizliyinə görə təşkilatçıların məsuliyyət daşıdığı xəbərdarlığını da edib» -deyə, məlumatda bildirilib.