Ukraynada millətlərarası cinayətlərə qarşı mübarizəyə çağırış edilib
09 noyabr 2013 02:11 (UTC +04:00)

Ukraynada millətlərarası cinayətlərə qarşı mübarizəyə çağırış edilib

Ukrayna Ali Radasında "Beynəlxalq antifaşist cəbhəsi" fraksiyalararası deputat birliyinin və Ukrayna Yəhudi Forumunun təşəbbüsü ilə tarixi “Billur gecə” yəhudi faciəsinin 75 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, millətlərarası dialoq “Neonasizmlə mübarizə - Ukraynada demokratik ictimaiyyətin qurulmasının əsasıdır” adı altında keçirilib.

 

Azərbaycanlıların da iştirak etdiyi tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndəsi Sabir Rzayev və BUAK sədri Rövşən Tağıyev iştirak edib. Dialoqda 1938–ci il 9 – 10 noyabrda nasist Almaniyasında və Avstriyanın bir hissəsində alman hərbiləşmiş dəstələr və mülki şəxslər tərəfindən yəhudilərə qarşı törədilmiş cinayətlər və hücumlar pislənilib.

 

Hazırda ölkədə irqi, milli, dini motivlərlə baş verən cinayətlərə qarşı səyləri birləşdirmək təklif olunub, bu hallara qarşı mübarizəyə çağırış səslənib.

 

Tədbirdə çıxış edən R.Tağıyev qeyd edib ki, irqi, milli, dini motivlər əsasında cinayətlərin və diskriminasiya faktlarının qarşısını almaq üçün şəyləri birləşdirməyin vaxtı çatıb.

 

Ukrayna parlamentinin Fraksiyalararası Deputatlar Birliyinin sədri, hakim Regionlar Partiyasından olan deputat Vadim Kolesniçenko isə bu təklifin təmsil etdiyi partiya tərəfindən dəstəkləndiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746
avatar

Oxşar yazılar