Ukraynada "Berkut" aksiyanı dağıtdı: 40 nəfər xəsarət alıb
01 dekabr 2013 16:08 (UTC +04:00)

Ukraynada "Berkut" aksiyanı dağıtdı: 40 nəfər xəsarət alıb

Avropa meydanında aksiyanın güc yolu ilə dağıdılmasından sonra Ukrayna müxalifəti hakimiyyətə qarşı qəti addım atacağına söz verib.

 

 

APA TV-nin məlumatına görə, müxalif qüvvələr ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb ediblər. Kiyevin Dairə İnzibati Məhkəməsi dekabrın 1-nə keçən gecə Müstəqillik meydanında, Avropa meydanında, həmçinin Bankovaya, Qruşevski, Boqomolts küçələrində dekabrın 1-dən gələn ilin yanvarın 7-dək mitinqlərin keçirilməsinə qadağa qoyub. Beləliklə, məhkəmə Kiyev meriyasının müraciətini təmin etmiş olub.  Paytaxt meriyasından bildiriblər ki, qadağa yalnız qeyd olunan ünvanlara şamil olunur və şəhərin digər meydan və küçələrində kütləvi aksiyaların keçirilməsinə məhdudiyyət tətbiq edilmir. Daha sonra  Mixaylovsk meydanı etiraz aksiyalarının mərkəzinə çevrilib. Dekabrın 30-da axşam saatlarına kimi meydana minlərlə etirazçı toplaşıb. Həmçinin Ukraynanın Lvov şəhərinin 10 minədək sakini “Batkivşina”, “UDAR” və “Azadlıq” müxalifət partiyaları tərəfindən təşkil olunmuş “xalq yığıncağı”nda iştirak etmək üçün paytaxt Kiyevə yollanıb. “UDAR” partiyasının mətbuat xidmətinin məlumatına əsasən, “insanların bir qismi artıq avtobuslarla və şəxsi nəqliyyat vasitələri ilə yola düşüb."Avtomobil karvanına “UDAR” partiyasından olan bir neçə deputat başçılıq edir. Noyabrın 30-da “UDAR” partiyasının lideri Vitali Kliçko Lvov meydanında çıxışı zamanı şəhər sakinlərini Kiyevdə bu gün keçiriləcək “xalq yığıncağı”nda iştirak etməyə çağırıb.

 

Ölkə başçısı Viktor Yanukoviç isə Çinə səfərə hazırlaşır. Kiyevin mərkəzində baş verən hadisələrlə bağlı o hələ öz fikrini bildirməyib. Ukrayna Daxili İşlər Nazirliyinin “Berkut” xüsusi təyinatlı dəstəsi noyabrın 30-u səhər saatlarında Kiyevin mərkəzindəki meydana hücum edib. Aksiya dağıdılarkən 40 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1901
avatar

Oxşar yazılar