Ukrayna Energetika nazirliyi Rusiyadan kömür tədarükünün dayandırıldığını bildirib.
APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl tədarükün noyabrın 21-dən dayandırılması barədə məlumat yayılmışdı.
Bir neçə razılaşmaya əsasən, 2014-cü ilin sonunadək Ukrayna 509 min ton kömürü tonu 80 dollar qiymətinə əldə etməli idi (daşınma xərcləri istisna olmaqla). Noyabrın 19-da Ukraynanın minimal aylıq kömür ehtiyatının tükənməsi, İstilik elektrik stansiyalarında (İES) cəmi bir neçə günlük kömür ehtiyatının qalması barədə məlumat yayılmışdı. Noyabrın 14-də Ukraynanın DTEK şirkətinin ilin sonunadək Rusiyadan 1,3 milyon ton kömür alacağı bildirilirdi.