Ukraynanın rəsmi nümayəndə heyəti Avropa Birliyinə gedəcək.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, ukraynalı təmsilçilər AB ilə assosiasiya haqqında müqavilənin bəzi məqamlarını müzakirə edəcək.
Məsələ isə bağlı razılıq Ukrayna prezidenti Viktor Yanukoviçlə Avropa Komissiyasının sədri Joze Manuel Barroza arasında telefon danışığında əldə olunub.
«Ukrayna prezidenti Avrokomissiyadan xahiş edib ki, assosiasiya və azad ticarət zonası ilə bağlı razılaşmanın bir sıra detallarını müzakirə üçün nümayəndə heyətini qəbul etsin»- deyə, xəbərdə bildirilib.
Barroza Avropa danışıqların detallarını müzakirəyə hazır olduğunu bildirsə də, yeni danışıqların başlamasını qurumun planlaşdırmadığını qeyd edib.
Telefon danışığı ilə bağlı yayılmış məlumata əsasən, Yanukoviç bu şərti qəbul edib.
Kommünikenin tərtibatçıları vurğulayıb ki, görüşün keçiriləcəyi vaxt və nümayəndə heyətinin tərkibi diplomatik kanalları vasitəsi ilə müəyyənləşdiriləcək.