Ukrayna polisi Rusiyada terror aktı planlaşdıran azərbaycanlını axtarır
09 iyul 2013 17:11 (UTC +04:00)

Ukrayna polisi Rusiyada terror aktı planlaşdıran azərbaycanlını axtarır

Ukrayna hüquq-mühafizə orqanları Rusiya ərazisində terror etməyi planlaşdıran azərbaycanlını axtarır.

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Arazov Anar Afiq oğlu 23 yanvar 2013-cü ildə Rusiyadan Ukraynaya gəlib.

Anar Arazov Rusiyada odlu silah, partlayıcı və xüsusi hərbi təchizatdan  istifadə etməklə terror aktına hazırlaşmaqda şübhəli sayılır və haqqında axtarış elan olunub. Onun özünü Erol Anar adı ilə təqdim etdiyi də ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938
avatar

Oxşar yazılar