Ukrayna ilə Rusiya arasında ticarət savası var?
14 sentyabr 2013 07:17 (UTC +04:00)

Ukrayna ilə Rusiya arasında ticarət savası var?

 

Kiyevlə Moskva arasında «ticarət müharibəsi ola bilməz». Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, sentyabrın 13-də Ukraynanın baş naziri Nikolay Azarov «Şuster live» tok-şousunda bildirib.

 

O, qeyd edib ki, Rusiyada bəzi siyasilərin həyəcanla dedikləri fikirlər gerçəkliyi əks etdirmir: «Ukrayna-Rusiya ticarətində prinsipcə savaş mümkünsüzdür».

 

Baş nazirin sözlərinə əsasən, Ukrayna ilə Rusiya bir yerdə işləməlidir: «Ukrayna rəhbərliyi rusiyalı həmkarlarına birbaşa deyir ki, Ukraynanın suverenliyinə xələl gətirə biləcək, istənilən fəaliyyəti bizi nəinki yaxınlaşdırmır, əksinə biri-birimizdən ayırır».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar