Ukrayna : «Timoşenkonun əfvi hələ məsləhət deyil»
27 aprel 2013 21:27 (UTC +04:00)

Ukrayna : «Timoşenkonun əfvi hələ məsləhət deyil»

Ukrayna prezidenti yanında Əfv komissiyası məhbus, keçmiş prezident Yuliya Timoşenkonun sərbəst buraxılması məsələsinin hələlik müzakirə çıxarılmamasını tövsiyə edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Ukrayna baş prokurorunun müavini Mixail Qavrilyuk bildirib ki, Timoşenkonun əfv edilməsini komissiya vaxtı çatmayan məsələ sayıb.

 

«Timoşenkoya qarşı irəli sürülən cinayət işi barəsində məhkəmənin uyğun qərarı hələ ki yoxdur» -deyə, o, söyləyib.

 

Xatırladaq ki, aprelin ortalarında bir qrup qadın deputat Timoşenkonun əfv olunması ilə bağlı Ukrayna prezidenti Viktor Yanukoviçə müraciət ünvanlayıblar.  

# 498
avatar

Oxşar yazılar