Türkmənistanla həmsərhəddə döyüşlər gedir
27 aprel 2013 23:54 (UTC +04:00)

Türkmənistanla həmsərhəddə döyüşlər gedir

Əfqanıstanın şimal-qərbində qızğın döyüşlər gedir. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yaraqlılar Türkmənistanla həmsərhəddə yerləşən daha çox dinc əyaləti kimi tanınan Fəryabinin bir neçə kəndini ələ keçiriblər.  

 

Olayın incəlikləri barədə məlumat verilməsə də minlər insanın öz evini tərk etdiyi bildirilib. Xəsarət alanlara arasında qadınlar və uşaqlar da var.

 

Əyalət qubernatorunun təmsilçisi deyib ki, 60 yaraqlı öldürülüb.

 

NATO-nun məlumatına əsasən,  Əfqanıstanın cənubunda isə təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. İlkin məlumata görə, qəza baş verən rayonda döyüş qeyd alınmayıb. 

# 1343
avatar

Oxşar yazılar