Yunanıstan sahil mühafizəsi Ukraynadan Türkiyəyə hərəkət edən gəmini saxlayıb.
APA-nın “Qazeta.ru” saytına istinadən verdiyi məlumata görə, Syerra Leone bayrağı altında üzən gəmiyə baxış zamanı onun göyərtəsində 20 000 “Kalaşnikov” avtomatı aşkar edilib.
Bundan başqa, gəmidə digər silah-sursat da aşkarlanıb. İsgəndəruna hərəkət edən gəmi Yunanıstanın Rodos adasına göndərilib. Gəminin kapitanı və ekipajın yeddi üzvü həbs edilib.