Türkiyədən kürdlərə ana dili, ermənilərə torpaq...
10 avqust 2013 14:55 (UTC +04:00)

Türkiyədən kürdlərə ana dili, ermənilərə torpaq...

Türkiyədə özəl orta məktəblərdə kürd dilində təhsilə icazə veriləcək.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, hakim partiya və Ədliyyə Nazirliyinin birlikdə hazırladığı Demokratikləşmə Paketi adlı layihədə yer alıb.

 

Kürd dilində dərsliklərin hazırlanmasına Türkiyə Təhsil Nazirliyi məsul olacaq. Layihədə belə dərsliklərin sürətlə hazırlanması üçün təqvim də yer alıb. Dövlət qurumlarında, o cümlədən təhsil müəssisələrində çalışanların geyiminə də sərbəstlik veriləcək. Bununla da qadın müəllimlərin çadra və çarşabla dərsə gəlmələ biləcəklər. Layihədə ələvilər, digər dinlərin mənsubları ilə bağlı məsələlər də nəzərdə tutulub. Ələvilərin ibadət etdikləri Cem evlərinə dərnək statusu verilməsi, inanc mərkəzləri ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi planlaşdırılır. Bu halda Cem evləri elektrik, su  və digər kommunal xərclərdən azad olacaqlar. 

Qeyri-müsəlman kəsimlərə ərazi və mülklərin qaytarılması probleminin həllini tapması ilə bağlı maddələr daha çox diqqət çəkir. Çünki hazırda Türkiyədə belə tələblərlə ən çox erməni kilsələri çıxış edir.

 

Sənəd artıq baş nazir Rəcəb Tayyib Ərdoğana təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1369
avatar

Oxşar yazılar