Türkiyədən İranı qəzəbləndirəcək addım
29 mart 2013 10:35 (UTC +04:00)

Türkiyədən İranı qəzəbləndirəcək addım

Türkiyə hava sahəsini ABŞ-ın qitələrarası pilotsuz casus təyyarələri üçün açıb.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyədə ilk dəfə keçirilən Beynəlxalq Aviasiya və Kosmik Qüvvələr Konfransında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı, professor Benjamin Lambert söyləyib.

 

Konfransa 57 ölkədən 1000 nəfər qatılıb. ABŞ, Rusiya, Çin, Fransa, İsveç, İngiltərə, İtaliya, Almaniya, Belçika, Hollandiya kimi aviasiya sahəsində inkişaf etmiş ölkələrin təmsilçilərinin iştirak etdiyi konfransa İsrail və İranın dəvət edilməməsi diqqət çəkib. İranın nüvə proqramının qarşısını almaqda qərarlı olan ABŞ-ın “RQ-4 Global Hawk” adlı qitələrarası pilotsuz təyyarəsi saatlarla havada qalaraq kəşfiyyat məlumatları toplaya bilir.

 

“Vətən” qəzeti Türkiyə ordusundakı mənbələrə istinadən bu pilotsuz təyyarələrin Orta Şərq, xüsusən İranla bağlı məlumatlar topladığını yazıb. Müharibə vəziyyətindən başqa digər hallarda Türkiyə hava sahəsindən istifadə ilə bağlı icazəni ya hökumət, ya da Silahlı Qüvvələrin Baş Qərargahı verə bilər. Türkiyə 2003-cü ildə İraqa hücumdan əvvəl də ABŞ pilotsuz casus təyyarələrinə hava sahəsindən istifadəsinə icazə verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1403
avatar

Oxşar yazılar