Türkiyənin Əskişəhər şəhərində Şükrü Dəniz adlı təmizlik işçisi 7-ci mərtəbədən düşən 4 yaşlı qızı havada tutaraq xilas edib. APA-nın “Doğan”-a istinadən verdiyi xəbərə görə, Ş.Dəniz küçədə təmizlik işləri apararkən yuxarıdan uşaq ayaqqabılarının düşdüyünü görüb: “Mən yuxarı baxdıqda pəncərənin kənarında oyanan qız uşağını gördüm və onun həmin an yıxılacağını anladım. Uşağın yıxıldığını görüb onu havada tutmağa çalışdım. Yıxıldıqdan sonra uşaq huşunu itirməmişdi və ağlayırdı. Mən heç bir xəsarət almadım, lakin elə bir şokda idim ki, bir müddət ayağa qalxa bilmirdim”, deyə Şükrü Dəniz təəssüratları ilə bölüşüb.
Xəsarət almış dörd yaşlı Ekren xəstəxanaya çatdırılıb. Uşağın atası Hüsnü Esen uşağının vəziyyətinin artıq yaxşılaşdığını bildirərək, onun sabah reanimasiyadan palataya köçürüləcəyini qeyd edib.