Türkiyədə ARDNŞ-i qorxudan yanğın
05 iyul 2013 11:21 (UTC +04:00)

Türkiyədə ARDNŞ-i qorxudan yanğın

İyulun 4-də axşam saatlarında Türkiyədə “Petkim” Neft-Kimya Kompleksinin müəssisələrinə aid meşə ərazisində yanğın baş verib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İzmirin Əliağa rayonunda Çayağacı ərazisində başlayan yanğına Meşə Təsərrüfatı İdarəsi ilə bərabər “Petkim” və “Türpaş”-ın yanğınsöndürmə dəstələri də müdaxilə edib.

 

Bölgədə xam neft anbarlarının olması təşvişə yol açıb. Ancaq küləyin dənizə doğru əsməsi yanğının neft anbarlarının olduğu ərazini əhatə etməsi riskini aradan qaldırıb. Elektrik xətlərinin ağaclarla təmasından çıxdığı bildirilən yanğını yalnız 9 saatdan sonra nəzarət altına almaq və lokallaşdırmaq mümkün olub.

 

Qeyd edək ki, “Petkim” Neft-Kimya Kompleksinin səhmlərinin 60 faizindən çoxu ARDNŞ-ə məxsusdur.

# 796
avatar

Oxşar yazılar