Türkiyənin Xarici İşlər Nazirliyi Misirlə bağlanmış 27 müqavilənin dayandırılması ilə bağlı KİV-də yayılmış xəbərləri təkzib edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda nazirlik açıqlama yayıb. Orada bildirilib: «Bu məlumat əsassızdır. Türkiyə ilə Misir arasında razılaşma prosesi normal qaydada həyata keçirilir. Artıq qüvvəyə minən anlaşmalar gerçəkləşdirilir».