Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 26-da türkiyəli həmkarı Əhməd Davudoğlu ilə Suriyada vəziyyəti müzakirə edib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda Rusiya XİN saytında bildiriş yayıb.
«Avqustun 21-də Dəməşq ətrafında kimyəvi silah tətbiq haqqında yayılmış xəbərdə ciddi rahatsızlıq ifadə edilib. BMT mütəxəssislərinin araşdırma aparması üçün lazımi bütün şəraitin yaradılmasının vacibliyi vurğulanıb» -deyə, məlumatda bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, danışıq zamanı xinlərarası formatda məsləhətləşmələrin davam etdirilməsi qərara alınıb.