Türkiyə sərhədi pozan Suriya vertolyotunu vurub
16 sentyabr 2013 22:02 (UTC +04:00)

Türkiyə sərhədi pozan Suriya vertolyotunu vurub

Türkiyə hökumətinin sözçüsü Bülənt Arınc nazirlər kabinetinin toplantısından sonra Suriya sərhədində vurulan vertolyotla bağlı açıqlama verib.

 

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, o, bildirib ki, sentyabrın 16-da saat yerli vaxtla 14.20-də (Bakı vaxtı ilə 16.20) Hatayın Yayladağı Güvesçi bölgəsindən Türkiyə ərazisinə 2 km soxulmuş «Mİ-17» tipli vertolyot hava qüvvələri tərəfindən izlənilib. O, daha dərinlərə girmək istəyərkən qarşısı alınıb. Malatyadakı hava qüvvələri tərəfindən yerli vaxtla 14.25 vurulub. Onun sözlərinə əsasən, vertolyot Suriya ərazisinə düşüb.

 

«Vertolyot Suriya ərazisinə düşdüyündən heyəti barəsində məlumatımız yoxdur. 24 saat ərzində hava məkanımızı kəsif ünsürlər uçuşlar etməkdədir. Bildiyiniz kimi Ağcaqala, Viranşəhir bölgəsinə davamlı olaraq, qarşı tərəfdən (Suriya nəzərdə tutulur-red.) atəş açılır» - deyə, Bülənt Arınc vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1724
avatar

Oxşar yazılar