Türkiyə 2015-ci ilin sonunadək kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını (hazırda 1,3 mlrd dollar təşkil edir) 2 dəfə artırmaq niyyətindədir. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə iqtisadi-ticarət əməkdaşlığı üzrə Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
“Rusiya-Türkiyə münasibətləri özgələrin zəifliyi üzərində qurulmur. Düşünmək lazım deyil ki, biz boşaldılan sahələri doldururuq, bizim addımlarımız əvvəlcədən planlaşdırılıb. Biz 2015-ci ilin sonunadək kənd təsərrüfatı məhsullarımızın Rusiyaya ixracını 2 dəfə artırmaq niyyətindəyik. Hazırda kənd təsərrüfatı məhsullarımızın Rusiyaya ixracının həcmi 1,3 mlrd dollar təşkil edir”, deyə Taner Yıldız “Sputnik” radiostansiyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, xüsusi aktivlik süd, süd məhsullarının, yumurta və quş ətinin ixracında olmalıdır. “Bizim müəssisələr artıq lazımi akkreditasiyanı keçib, onların qarşısında ixrac üçün heç bir maneə yoxdur”, deyə nazir bildirib.
Qeyd edək Rusiya Moskvaya qarşı sanksiya edən ölkələrdən – ABŞ, Aİ ölkələri, Kanada, Avstraliya və Norveçdən ərzaq məhsullarının idxalına bir illik qadağa qoyub.