Suriyanın Rəsulayn qəsəbəsində «əl-Nusra» və kürd yaraqlıları arasında atışma ilə bağlı Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus «F-16» qırıcıları havaya qaldırılıb.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, «vur» əmri alan qırıcılar kəşfiyyat uçuşu edib.
Türkiyə döyüş təyyarələri Ceylanpinar üzərindən uçub.
24 saat ərzində qırıcılar yalnız Rəsulayn deyil, bütünlükdə həmsərhəd bölgəsində kəşfiyyat uçuşu edəcək.