Türk dənizçi dünyanın ən dərin çökəkliyinə düşdü
22 noyabr 2013 16:53 (UTC +04:00)

Türk dənizçi dünyanın ən dərin çökəkliyinə düşdü

Türk gəmiçi Cəmil Çakır dünyanın ən dərin çökəkliyi hesab olunan Marian Çökəkliyinə düşüb.

 

Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Tayvandan Meksikaya gedən türk gəmisində işləyən Çakır dünən Sakit Okeanın Yaponiyaya aid hissəsində səyahət edərkən, Marian Çökəkliyinin olduğu ərazidə suya düşüb.

 

Səhər saat 9-da okeana düşən dənizçinin cəsədi axşam saat 9-a qədər axtarılsa da, tapılmayıb.

 

Bunun ardınca isə gəmi yoluna davam edərək, Meksikaya gedib. Dənizçinin ailəsi isə Türkiyə Xarici İşlər Nazirliyinə müraciət edərək, övladlarının ölümündə təqsirli şəxslərin olub-olmadığının araşdırılmasını istəyib. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, 1995-ci ildə aparılan son ölçüyə görə, Marian Çökəkliyinin dərinliyi 10 min 916 metrdir. Çökəkliyin uzunluğu 2 min 542 kilometr, genişliyi isə 69 kilometrdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1835
avatar

Oxşar yazılar