Tunisin hakim «ən-Nahda» Partiyası avqustun7-də Milli Müəssisanda (parlamentdə) fəaliyyətini dayandırdığını, yeni konstitusiyanın yaradılmasının və hökumətin formalaşdırılmasının məsuliyyətini daşımadığın bildirib.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, partiya bununla siyasi rəqiblərinin danışıqlar masasına oturmasına təşəbbüs göstərdiyini vurğulayıb.
Bəyanatda bildirilib ki, məclisin işini dayandırması milli birlik hökumətinin yaranmasına səbəb ola bilər.
Xatırladaq ki, ötən gün Tunisin Ana Yasa Assambleyasının sədri Mustafa bin-Cəfər özü-özünü işdən kənarlaşdıraraq, bildirib ki, hakimiyyətlə müxalifət danışıq masasına oturmayanadək işə dönməyəcək.
Dövlət televiziyasında çıxışı zamanı bin-Cəfər qeyd edib ki, bu qərarı ölkədəki siyasi böhranı aradan qaldırmaq üçün atıb.
Laik müxalifət mövcud Ana Yasa Assambleyasının buraxılmasını və ölkənin yeni Əsas Qanunun yaradılmasını tələb edir.