Tunis Assambleyası sədrindən müxalifət və hakimiyyətə etiraz
07 avqust 2013 07:27 (UTC +04:00)

Tunis Assambleyası sədrindən müxalifət və hakimiyyətə etiraz

Tunisin Ana Yasa Assambleyasının sədri Mustafa bin-Cəfər özü-özünü işdən kənarlaşdırıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, bildirib ki, hakimiyyətlə müxalifət danışıq masasına oturmayanadək işə dönməyəcək.

 

Dövlət televiziyasında çıxışı zamanı bin-Cəfər qeyd edib ki, bu qərarı ölkədəki siyasi böhranı aradan qaldırmaq üçün atıb.

 

Laik müxalifət mövcud Ana Yasa Assambleyasının buraxılmasını və ölkənin yeni Əsas Qanunun yaradılmasını tələb edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438
avatar

Oxşar yazılar