Güclü tufan nəticəsində Tatarıstan Respublikasının 35 min sakini işıqsız qalıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, respublikanın 47 yaşayış məntəqəsi bu təbiət hadisəsi ilə üz-üzədir.
Tufan baş verən rayonlarda qəza-bərpa işlərinin görüldüyü haqda məlumat da yayılıb.