Tsarnayevlərin anası oğurluğa görə həbs olunub
19 aprel 2013 21:06 (UTC +04:00)

Tsarnayevlərin anası oğurluğa görə həbs olunub

Bostonda marafonda baş vermiş partlayışı törətməkdə şübhəli  bilinən Tsarnayev qardaşlarının anası 1,6 min dollarlıq paltarı oğurladığı üçün ötən il həbs olunub.

 

Lent.az-ın Britaniyada çıxan «Daily Mail» qəzetinə istinadən məlumatına görə, 45 yaşlı Zübeydə Tsarnayeva 2012-ci il iyunun 13-də «Lord & Taylor» adlı geyim dükanından paltar oğurladığı üçün polis tərəfindən saxlanılıb. Ona qarşı «başqasının əmlakına bilərəkdən ziyan vurmaq» maddəsi ilə iş açılıb. Mənbə işin məhkəməyə verilməsi haqda məlumatın olmadığını bildirib.

 

Aprelin 19-da Bostonun ətrafındakı Uotertaunda polisi Bostondakı partlayışda şübhəli kimi bir kişini saxlayıb. Bir müddətdən sonra o, xəstəxanada güllə yarasından keçinib.

 

Yerli KİV-in məlumatına əsasən, o,Bostondakı terror aksiyasına görə, axtarışda olan 19 yaşlı Coharın böyük qardaşı Tamerlan Tsarnayevdir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326
avatar

Oxşar yazılar