Tiflisdə İran sərgisi
17 aprel 2013 22:35 (UTC +04:00)

Tiflisdə İran sərgisi

 

Gürcüstan paytaxtında bu gündən başlayaraq aprelin 20-dək İran şirkətlərinin sərgisi başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis şəhərindəki idman sarayında təşkil olunan tədbiri Gürcüstanın İrandakı səfirinin müavini Möhsün Kiblaizadə açıb. Tədbirdə sərginin təşkilatçısı olan “Araz” azad-ticarət zonasının direktoru Sadiq Nəcəfi çıxış edib. Tədbirdə Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev, Gürcüstan şirkətlərinin nümayəndələri, İran və Azərbaycan səfirliklərinin əməkdaşları iştirak ediblər. Sonra sərgiyə baxış keçirilib.

Sərgidə 4 gün ərzində İran mətbəxinin nümunələri də təqdim olunacaq, İran musiqisi və mahnıları səsləndirəcək.

 

 

APA-nın məlumatına görə, İranın dünya dövlətləri ilə ticarət dövriyyəsi 180 milyard dollar,  Gürcüstanla isə 120 milyon dollar təşkil edir.

“Araz” azad ticarət zonasının rəhbəri Sadiq Nəcəfi APA-ya açıqlamasında sərgidə İranın 7 bölgəsindən olan şirkətlərin məhsulları nümayiş olunduğunu bildirib. “İstəyimiz budur ki, bu bölgələrdəki fabrik və zavodlar, şirkətlər öz potensialını nümayiş etdirsin, sənaye məhsullarını Gürcüstan və digər ölkələrə tanıtdırsınlar. Bu gün bu sərgidə 25 İran şirkəti iştirak edir. 10 gün bundan əvvəl Bakıda da belə sərgi keçirdik”.

 

 

“Təbriz Petrolium” şirkətinin direktoru Şəhriyar Qiyabani APA-ya açıqlamasında müxtəlif yanacaq məhsullarını Əfqanıstan, İraq, eyni zamanda Azərbaycanın Naxçıvan Muxtar Respubıikasına satdıqlarını bildirib: “Biz yaxın ölkələrə məhsulumuzu satırıq. İstəyirik ki, bizi Azərbaycanın digər bölgələrində və Gürcüstanda da tanısınlar və bilsinlər ki, yaxınlıqda da neftayırma zavodu var.  Sərgidə iştirak etməkdə məqsədimiz də budur. Biz müxtəlif ölkələrlə ticarət əlaqələrimizi genişləndirmək istəyirik, eyni zamanda Gürcüstanda nümayəndəliyimizi açmaq istəyirik.” 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35