Texasda zavodda yanğın : 12 nəfər yaralanıb
18 aprel 2013 03:09 (UTC +04:00)

Texasda zavodda yanğın : 12 nəfər yaralanıb

Amerikanın Texas ştatında «ExxonMobil» şirkətinin neft-emalı zavodunda yanğın baş verib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, olay nəticəsində 12 nəfər yaralanıb.

 

Mənbənin bildirdiyinə əsasən, müəssisənin plana uyğun bağlanan bölmələrindən birində yanğın olub. Şirkətin mətbuat katibi yanğının qısa bir sürədə nəzarət götürülərək, söndürüldüyünü deyib.

 

Hadisə qaynaq işləri görülərkən baş verib.

 

Xatırladaq ki,zavod gündə 344,5 min barel netə emal edir.

 

ABŞ-ın «Exxon Mobil Corporation (ExxonMobil)»  neft-qaz şirkəti 1999-cu ildə qurulub. 2012-ci ildə şirkətin təmiz gəliri 45 milyard dollar olub. 

# 405
avatar

Oxşar yazılar