Texas qubernatoru qalmaqallı abort qanununu imzalayıb
19 iyul 2013 05:08 (UTC +04:00)

Texas qubernatoru qalmaqallı abort qanununu imzalayıb

ABŞ-da abort ən sərt və ciddi məsələlərdən biridir. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Texas qubernatoru Rik Perri ABŞ-da mübahisəli bu məsələ haqqında qanunu imzalayıb.

 

Qanuna əsasən, 20 həftəlik hamləlik müddətinədək aborta icazə verilir.

 

Bu qanunu müdafiə edən Respublikaçılar Partiyası bildirib ki, yeni qaydalar ölkədə səhiyyə sisteminin fəaliyyətinin yaxşılaşdırılmasına yönəlib. Onların rəqibləri isə hesab edir ki, bu qanun ştatda abortu daha da mürəkkəbləşdirəcək.

 

Yeni qanuna qarşı olanlar məsələni məhkəməyə çıxarmaq niyyətindədir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764
avatar

Oxşar yazılar