Terrorçu PKK ilə əlaqəsi olan narkobaron tutulub
27 aprel 2013 21:46 (UTC +04:00)

Terrorçu PKK ilə əlaqəsi olan narkobaron tutulub

Məşhur narkobaron Cümhur Yakut  həbs edilib. Lent.az-ın  Habertürk-ə istinadən məlumatına görə, İnterpol 13 il öncə onun barəsində axtarış elan etmişdi.  

 

Türkiyə Daxili İşlər Naziriliyi Narkotiklərə qarşı mübarizə idarəsinin polis əməkdaşları onu İstanbulun Sarıyeri rayonunda gizləndiyi villasında həbs ediblər.

 

Polisdən qaçmaq istəyərkən, o, 2 metrlik hasar tullananda ayağını sındırıb.

 

Mənbənin məlumatına əsasən, Cümhur Yakut ABŞ-da ən məşhur narkobaronların siyahısında 4-cü yerdədir.

 

Məlumatda o da qeyd olunub ki, kürdlərin terrorçu  PKK təşkilatı ilə bu narkobaronun əlaqələri var.

 

Əməliyyat zamanı 63 yaşlı Cümhur Yakutunu üzərindən Cəmal Yakutun adına düzəldilmiş saxta şəxsiyyət vəsiqəsi də aşkar edilib.

# 714
avatar

Oxşar yazılar