Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğanın «Silahları yerə qoyub, ölkədən çıxın» çağırışına terrorçu PKK-dan cavab gəlib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, bu qanunsuz silahlı quruma yaxın İnternet saytlardan birinə açıqlamada, terrorçular bildirib: «Silahsız çəkilmək gündəliyimizdə yoxdur».
Terrorçular Ərdoğanın «cavabdeh- hökumət»-nin gündəlikdə olmadığın deyərək, «qanuni təminat» istədkilərini də təkrarlayıblar.
Xatırladaq ki, ötən gün Türkiyə hökumətinin başçısı telekanalardan birinə müsahibəsində «PKK-nın ölkədən çıxması necə olacaq» məsələsinə münasibət bildirərkən deyib : «Çəkilmə silahların buraxılması ilə mümkündür. Gedəcək olan hər kəs silahını hara buraxır-buraxsın, onu lap basdırsın, bizi maraqlandırmır. Çünki əks təqdirdə bu iş təxribata çox açıqdır» .