Terrorçu PKK-nın Suriyadakı lideri İstanbulda
26 iyul 2013 07:11 (UTC +04:00)

Terrorçu PKK-nın Suriyadakı lideri İstanbulda

Terrorçu PKK-nın Suriyadakı qolu, Demokratik Birlik Partiyasının (PYD) lideri Saleh Müslim İstanbula gözlənilməz səfər edib.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, o, Ərbildən Türkiyəyə gedib.

 

İstanbulda onun türkiyə Xarici İşlər Nazirliyi, Milli İstiqbarat Təşkilatının yüksək vəzifəliləri ilə görüşəcək.

 

S.Müslim İstanbuldan Parisə yollanacaq.

 

Xatırladaq ki, bu qurumu Suriyanın Türkiyə ilə sərhədindəki bölgəni «muxtar kürd böləsi» elan etməyə hazırlaşır. Bu günlərdə orada Bəşar Əsəd rejiminə müxalif olan başqa yaraqlılarla silahlı qarşıdurma yaşanmışdı.

 

Türkiyəinin xarici işlər naziri Əhməd Davudoğlu Suriyanın həmin bölgəsində yaranmış vəziyyət və terrorçu PKK-nın bu qolunun hərəkətini belə dəyərləndirib: «biz hər zaman demişik, Suriyada hər hansı məzhəbi, etnik təməlli defak-to durumları qəbul etmək mümkün deyil. Bu daha böyük böhranlara səbəb olur».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1068

Oxşar yazılar