Məhbus prezident Məhəmməd Mursinin tərəfdarları onun zorla hakimiyyətdən kənarlaşdırılmasına, habelə «Müsəlman qardaşları» partiyası rəhbərlərinin həbsinə etiraz olaraq, kütləvi aksiya keçirmək niyyətindədirlər.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, devrilmiş prezidenti dəstəkləyən 30 nəfər həlak olub, mindən çox Mursi tərəfdarı yaralanıb.
Məhəmməd Mursinin hakimiyyətdən getməsini dəstəkləyənlər «Müsəlman qardaşları» Partiyasına qarşı nümayiş keçirməyi planlaşdırır. Aksiya iyulun 7-də keçiriləcək.