Minlərlə etirazçı gecə Qahirənin Təhir meydanına toplanıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, iyunun 30-da orada Misir prezidenti Məhəmməd Mursinin istefası tələbi ilə mitinq keçiriləcək.
Bu gün onun prezidentliyinin bir ili tamam olur.
Ötən gün ölkədə vəziyyət gərgin olub. Etiraz aksiyaları zamanı amerikalı tələbi ilə birlikdə 3 nəfər həlak olub.