İyulun 11-də Tehranda 6 mərtəbəli tikiş fabrikində yanğın olub. APA-nın “Oyannews”a istinadən məlumatına görə, hadisə Cümhuriyyət xiyabanında baş verib. Nəticədə 3 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Ölənlərdən ikisi qadındır. Bir nəfər xilas olmaq üçün dördüncü mərtəbədən özünü atsa da, ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Yaralılardan üçü ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıblar.
Yanğını 3 saata söndürülüb.