Tehran Vaşinqtonu alqışlayır
26 iyul 2013 07:47 (UTC +04:00)

Tehran Vaşinqtonu alqışlayır

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının təmsilçisi  Hüseyn Hakavi Hüseyni  İranın blokadasına dair illik qanun layihəsinin Konqresin təsdiqlənməməsini «müsbət addım» adlandırıb.

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, komissiya təmsilçisi hesab edir ki, bu, İranın yeni hökuməti ilə ABŞ prezidenti Barak Obamanın qarşılıqlı münasibət yaratmaq arzusudur.

Bu yaxınlarda Konqresin 131 üzvünün Obamaya məktubuna da H.Hakavi münasibət bildirib: «Tehran bu addımı müsbət qarşılasa da yetərli saymır».

Xatırladaq ki, həmin məktubda konqres üzvləri Barak Obamadan rəsmi Vaşinqtonun Tehranla müzakirələrə başlaması və razılığa gəlmək barədə əsaslı addım atmağa zəmin yaratması istənilir.

 

Məktub Şimalı Karolina və Pensilvaniya ştatlarının nümayəndələri tərəfindən hazırlanıb, Demokratlar və Respublikaçılar partiyalarının 131 üzvü isə onu imzalayıb.

 

Onu da qeyd edək ki, bundan əvvəl istefada olan 25 amerikalı diplomat da B. Obamaya məktub ünvanlayaraq, ondan İranla müzakirələrə başlamağa və Həsən Ruhaninin andiçmə mərasimində rəsmi Tehranı təbrik etməsini istəmişdilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191
avatar

Oxşar yazılar