Tehran atom izini itirmək üçün hərbi bazanın ərazisini asfaltlayır
23 avqust 2013 04:25 (UTC +04:00)

Tehran atom izini itirmək üçün hərbi bazanın ərazisini asfaltlayır

ABŞ-ın Elm və Beynəlxalq Strategiya İnstitutu bildirib ki, bu yaxınlarda peykdən İranın Pərçindəki hərbi bazasının fotoları çəkilib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, institut bu şəkillər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İranın nüvə  proqramı ilə bağlı şübhələrini təsdiqləyir.

 

Xatırladaq ki, AEBA Tehranın nüvə silahı əldə etməsi istiqamətində fəaliyyət göstərdiyi barədə açıqlama vermişdi.

 

İnstitutun məlumatına görə, Pərçindəki bazanın ərazisi asfaltlanır.

 

Ehtimal olunur ki, hərbi məqsədli nüvə proqramının izlərini itirmək üçün Tehran bu bazanı asfaltlayır.

 

AEBA isə İran hakimiyyətindən bu hərbi bazaya müfəttişlərinin buraxılmasını tələb edib. Tehran isə bu istəyi ödəməkdən boyun qaçırır.

 

Qeyd edək ki, AEBA-nın baş direktoru Yukio  Amano 2013-cü ilin iyununda təmsil etdiyi qurum İrandan atom proqramının hərbi yönlü olması ilə bağlı izahat tələb etdiyini bildirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654
avatar

Oxşar yazılar