Tehran andiçməyə ABŞ və İsraili çağırmır
23 iyul 2013 22:40 (UTC +04:00)

Tehran andiçməyə ABŞ və İsraili çağırmır

Avqustun 4-də İranın yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasimidir. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Araqçi bildirib: «Andiçmə mərasiminə ABŞ və İsrail istisna olmaqla bütün dövlətləri dəvət etmişik».

Xatırladaq ki, ötən gün bu qurumun adından yayılmış xəbərdə bildirilmişdi ki, İran Xarici İşlər Nazirliyi 14 iyunda keçirilən seçkinin nəticələrinə əsasən prezident olmuş Həsən Ruhaninin avqustun 4-də keçiriləcək andiçmə mərasiminə Tehran hakimiyyətinin «böyük şeytan» adlandırdığı ABŞ və Avropa Birliyinin təmsilçilərini də dəvət etdiyini açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar