Təcili yardımdan taksi kimi istifadə edən tutuldu
30 aprel 2013 07:43 (UTC +04:00)

Təcili yardımdan taksi kimi istifadə edən tutuldu

ABŞ-ın Cənubi Karolina ştatının polisi bir qadını həbs edib. Lent.az-ın «Rİa Novosti»-yə istinadən məlumatına görə, o, son 8 ildə özünü xəstə kimi təqdim edərək, azı yüz dəfə təcili yardım maşınını evə çağırıb və  ondan şəhər mərkəzinə getmək üçün taksi kimi istifadə edib.

 

51 yaşlı Odri Fergüson  Çarlston şəhərində 50 km aralı yaşayış az olan yerdə yaşaryı. Onun bu əməli apreldə diqqəti cəlb edib. Növbəti dəfə, həmin əməlini təkrar edərək, şəhər mərkəzinə çatanda deyib ki,özünü yaxşı hiss edir və oğlundan onu aparmasını istəyəcək. Ancaq o, xəstəxanadan tək gedəndə polis onun tutub.

 

Təcili tib yardım xidmətinin rəhbəri bildirib ki, Fergüsonun hər yalan çağırışı və xəstəxanaya gəlişi vergi ödəyicilərinə 425 dollar başa gəlib. Çünki təcili yardımın qət etdiyi hər km 7 dollara başa  gəlir. Fergsona «təcili xidmət yarıdımından» sui-istifadə maddяsi üzrə iş açılıb.

 

# 1497
avatar

Oxşar yazılar