Təbrizdə azərbaycanlı jurnalist həbs edilib
13 avqust 2013 10:40 (UTC +04:00)

Təbrizdə azərbaycanlı jurnalist həbs edilib

Təbrizdə azərbaycanlı jurnalist və yazıçı həbs edilib.


 

APA-nın AZOH-a istinadən məlumatına görə, avqustun 12-də səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAT) bir neçə mülki geyimli əməkdaşı Həmid Zare Məhəmmədinin atası evinə gediblər. Onlar məhkəmə hökmünü göstərərək mənzilə daxil olub və evdə axtarış aparıblar. Azərbaycanlı jurnalistə məxsus kompüter və bəzi şəxsi əşyalar müsadirə edilib, daha sonra əllərinə qandal vurulan H. Zare naməlum yerə aparılıb. Azərbaycanlı jurnalistin həbsinin səbəbləri barədə heç bir məlumat yoxdur. H. Zare dünən günortadan sonra evlərinə zəng vuraraq sağlıq durumunun yaxşı olduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688
avatar

Oxşar yazılar