Tbilisidə etiraz aksiyası davam edir
01 iyun 2018 23:57 (UTC +04:00)

Tbilisidə etiraz aksiyası davam edir

Tbilisidə parlamentin binası qarşısında bu gün saat 16:00-da başlamış “Məni öldürmə” şüarlı aksiya davam edir.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiya ilə bağlı parlamentin binası qarşısında Rustaveli prospekti avtomobillərin və ictimai nəqliyyatın hərəkəti üçün bağlanıb.

 

Aksiyada müxtəlif ali məktəblərin tələbələri və məhkəmə-hüquq sistemindən narazı olan vətəndaşlar çıxış edərək ötən il qətlə yetirilmiş yeniyetmənin atası Zaza Saralidzeyə dəstək ifadə edirlər.

 

Z. Saralidze çıxışında yenə də baş nazir və hökumətin istefasını tələb edib.  Parlamentin qarşısına çoxlu sayda polis və təcili tibbi yardım maşını cəlb olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368
avatar

Oxşar yazılar