İyulun 13-də gecə Tayvan adalarında baş vermiş «Solik» qasırğası nəticəsində 104 nəfər xəsarət alıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, təbii fəlakət zamanı iki nəfər həyatını itirib.
Mənbə bildirib ki, 300 min insan olay yerindən köçürülüb. Məktəblər bağlanıb, 170 təyyarə reysi təxirə salınıb.
Tayvanın cənubundakı Taydun şəhərindən 2,3 min turist də köçürülüb.
Honkonqdakı meteoroloji rəsədxanadan bildirilib ki, «Solik» superqasırğa sinfinə aiddir. Tayvanda isə onu «güclü» qasırğa kimi təyin ediblər.