Tamerlanı kəşfiyyat partlayışdan bir il öncə tanıyırmış
25 aprel 2013 07:19 (UTC +04:00)

Tamerlanı kəşfiyyat partlayışdan bir il öncə tanıyırmış

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqat Bürosu (FTB) Bostonda partalayış törətməkdə şübhəli bilinən Tamerlan Tsarnayevi hücumdan azı bir il öncə tanıyırmış.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bir müddət öncə Rusiyanın uyğun qurumları Amerikanın həmin dövlət orqanları ilə əlaqə saxlayaraq, Tsarnayevin radikal «islam»çılardan olduğunu bildirib.

 

Ancaq onda FTB Tamerlan Tsarnayevin ABŞ-a təhlükə törədə biləcək əsas tapmayıb. Ona görə də həmin işi qapadıblar.

 

MKİ isə onun adını xüsusi nəzarət altında olanların siyahısına daxil edib.

 

# 1057
avatar

Oxşar yazılar