Talib komandiri məktəbli Məlaləyə məktub göndərib
18 iyul 2013 03:58 (UTC +04:00)

Talib komandiri məktəbli Məlaləyə məktub göndərib

Pakistandakı «Taliban» komandirlərindən biri məktəbli Məlalə Yusifzaya  məktub göndərib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, komandir Ədnan Rəşid bildirib ki, məktəbli qıza hücum onun talibləri tənqidləri ilə bağlı olub.

 

Komandir M.Yusifzaya hücumdan dərin şoka düşdüyünü vurğulayaraq, talibanı kəskin tənqidə görə  onu vaxtında xəbərdar etməməsindən təəssüfləndiyini qeyd edib.

 

Onun sözlərinə görə, Məlalənin güllələnməsi  qızların təhsil haqqını müdafiə etməsi ilə bağlı olmayıb.

 

Mənbə bildirib ki, məktubun talibanın, yoxsa,  komandirin şəxsi mövqeyi olması dəqiqləşdirilir. «Taliban» isə hələ də «dünyəvi sistemə» qarşı çıxış etməkdədir.

 

Xatırladaq ki, 2012-ci ilin oktyabrında M.Yusizayın taliblər tərəfindən başından güllənməsi Pakistanda geniş etirazla qarşılanmışdı.

Ötən həftə pulsuz ümumtəhsil uğrunda mübarizə aparan Pakistan məktəblisi Malala Yusifzay 16 yaşı tamam olan gün Nyu-Yorkda BMT-nin mənzil –qərargahında çıxış edib.

 

Yığıncaq iştirakçılarına deyib ki, ona edilən sui-qəsd həyatında heç nəyi dəyişməyib: «Ancaq zəifliyim, qorxu, ümidsizlik hisslərim öldü. Ekstremistlər əldə kitab və qələmdən, qadınlardan qorxurlar».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047
avatar

Oxşar yazılar