Tac-Mahal yaxınlığında partlayış: 2 ölü, 4 yaralı
25 aprel 2013 15:15 (UTC +04:00)

Tac-Mahal yaxınlığında partlayış: 2 ölü, 4 yaralı

Hindistandakı məşhur Tac-Mahal mavzoley-məscidindən 4 kilometr uzaqlıqda güclü partlayış törədilib.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə partlayıcı Aqra şəhərindəki “Şeraton” otelindəki zibil qabında yerləşdirilib.

 

Otelin 2 işçisi ölüb, 4 işçi yaralanıb. 

 

Qeyd edək ki, Camna çayı sahilində yerləşən Tac-Mahal mavzoley-məscidi 1630-1652-ci illərdə Böyük Moğol imperatoru Cahan şah tərəfindən doğuş zamanı həyatını itirən Mumtaz-Mahalın şərəfinə ucaldılıb. Tac-Mahal 1983-cü ildə YUNESKO-nun Ümumdünya Mədəni İrsinə daxil edilib.

 

# 936
avatar

Oxşar yazılar