BMT Mühacirlər Yüksək Komissarlığının xəbərinə görə (BMMYK), Suriyadan qaçan və sığınacaq axtaran şəxslərin sayı 2 milyonu keçib. Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komissarlığın yaydığı hesabatda o da qeyd olunur ki, suriyalılar özləri ilə yalnız geyimlərini çıxara biliblər.
Qeyd edək ki, sığınacaq axtaran suriyalılar əsasən qonşu ölkələrə üz tuturlar.